XeberPlus

Ən son xəbərlər

Texnologiya

Təkərinə kilid taxılan avtomobil yoluna davam edib

Çində qeydə alınan qeyri-adi görüntülər BYD markalı SUV-un texnologiyasını gündəmə gətirib. Avtomobilin ön təkərlərindən birinə metal kilid taxılsa da, maşın həmin təkəri havaya qaldıraraq digər üç təkəri üzərində hərəkətini davam etdirib.

XeberPlus.com xarici mediaya istinadla xəbər verir ki, kadrlarda avtomobilin kilid taxılmış sol ön təkərini yerdən qaldıraraq digər üç təkəri üzərində irəlilədiyi görünür. Kilidin kim tərəfindən və hansı səbəbdən taxıldığı isə məlum deyil.

Bu hadisə BYD-nin DiSus-P Ultra adlı sistemi yenidən gündəmə gətirib. Sistem avtomobilin kuzovunun hündürlüyünü və təkərlərin vəziyyətini idarə etməyə imkan verir. Şirkət daha əvvəl bu texnologiyanın təkərlərdən birini qaldırmaq və avtomobili üç təkər üzərində hərəkət etdirmək imkanlarını nümayiş etdirib.

BYD-nin açıqladığı göstəricilərə görə, sistem təkəri 300 millimetrədək qaldıra, üç təkər üzərində hərəkət zamanı isə saatda maksimum 15 kilometr sürəti dəstəkləyə bilir. Yeni görüntülərdə də avtomobilin aşağı sürətlə hərəkət etdiyi görünür.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *