WhatsApp-ın dizaynını, ekran görüntülərini və təsvir mətnlərini təqlid edən saxta tətbiq Google Play-də 500 mindən çox yüklənib. Məlumata görə, tətbiq hətta sponsorlu axtarış nəticələrində rəsmi WhatsApp-dan yuxarıda göstərilib.
XeberPlus.com xəbər verir ki, saxta tətbiq “Agment Assets sallu” adlı tərtibatçı hesabı tərəfindən ötən ay yayımlanıb. Həmin hesabda yalnız bu tətbiqin olduğu bildirilir.
Tətbiqin gec aşkarlanmasının səbəblərindən biri Google Play-in erkən giriş proqramı ola bilər. Bu proqramda istifadəçilərin açıq rəylər yaza bilməməsi tətbiqin etibarlılığını qiymətləndirməyi çətinləşdirir və saxta tətbiqlərin orijinaldan fərqləndirilməsini çətinləşdirir.
Müqayisə üçün, rəsmi WhatsApp-ın yüklənmə sayı 10 milyardı ötüb. İstifadəçilərə tətbiqi yükləyərkən tərtibatçının adını və rəsmi mənbəni diqqətlə yoxlamaq tövsiyə olunur.








