Apple-ın süni intellekt dəstəkli Siri funksiyalarının gecikməsi ilə bağlı açılan kollektiv məhkəmə işi üzrə razılığa gəlinməsindən sonra müraciət prosesi başlayıb. ABŞ-da müəyyən şərtlərə cavab verən iPhone istifadəçiləri hər cihaz üçün 95 dollara qədər ödəniş ala biləcəklər.
Şirkətin qəbul etdiyi razılaşma ilə bağlı internet saytı istifadəyə verilib. Müvafiq şərtlərə cavab verən istifadəçilər 21 sentyabr-21 dekabr 2026-cı il tarixləri arasında təzminat almaq üçün müraciət edə biləcəklər.
Təzminat üçün müraciət etmək istəyən istifadəçilər ABŞ-da yaşamalı və müəyyən edilmiş iPhone modellərindən birini 10 iyun 2024-cü il ilə 29 mart 2025-ci il tarixləri arasında ABŞ-dan, yenidən satış məqsədi olmadan satın almış olmalıdırlar.
Razılaşmanın əhatə etdiyi modellər bunlardır
iPhone 15 Pro
iPhone 15 Pro Max
iPhone 16
iPhone 16e
iPhone 16 Plus
iPhone 16 Pro
iPhone 16 Pro Max







