XeberPlus

Ən son xəbərlər

Köşə

Dostluqlar niyə illər keçdikcə azalır?

Uşaqlıqda dost olmaq çox asandır. Eyni oyunu oynadığımız, eyni şeyə güldüyümüz biri xüsusi heç bir səbəbə və fikirə ehtiyac duymadan bizim üçün ən yaxın dosta çevrilir.

Zamanla insan övladı böyüyür artıq dostluq oyun yoldaşı axtarmaq yox vacib anda yanımızda olan ,dərdimizə şərik çıxan, dar gündə tanına şəxs olur. Bəs içimizəki uşaq birdən-birə necə dəyişdi ? bu suala cavab tapmaq bu gün çox çətindir. Bəlkədə illər əvvəldə belə idi bilmirik.

İllər keçdikcə dostların sayı azalır. Əvvəllər hər gün danışdığımız, hər hadisəni bölüşdüyümüz insanlarla aylarla, hətta illərlə əlaqə saxlamadığımız olur. Ən maraqlısı isə budur ki, bəzən arada heç bir böyük inciklik də olmur.

Araşdırmalara görə insanı dəyişən hallar işç ailə və düşdüyü mühit olur. Artıq sevimli dost bir anda illərin yadına çevrilir. Gün ərzində bir neçə dəqiqəlik boş vaxt tapmaq belə çətinləşir. Bəzən isə məsələ vaxt deyil, insanların dəyişməsidir. Uşaqlıqda bizi birləşdirən maraqlar böyüdükcə əvvəlki qədər əhəmiyyətli olmaya bilir. Fərqli düşüncələr, həyat tərzi və prioritetlər ortaya çıxır. Bir vaxtlar saatlarla danışdığımız insanla artıq söhbət üçün mövzu tapa bilmədiyimizi hiss edirik.

Bir də həyatımıza yeni insanlar daxil olur. İş yoldaşları, universitetdən tanışlar, qonşular və münasibət qurduğumuz insanlar müəyyən dövrdə bizə daha yaxın görünə bilər. Beləliklə, köhnə dostluqlar yavaş-yavaş arxa plana keçir.

Əslində yaş artdıqca dostlarımızın sayının azalması bəlkə də itki deyil. Sadəcə insan kiminlə həqiqətən yaxın olmaq istədiyini daha yaxşı anlayır. Uşaqlıqda çoxlu dostumuz ola bilər, amma böyüdükcə bir neçə insanın varlığı belə kifayət edir. Bəlkə də böyüməyin ən qəribə tərəfi budurç əvvəllər “çox dostum olsun” deyirdik, sonralar isə “yanımda doğru insanlar olsun” deməyə başlayırıq.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *