XeberPlus

Ən son xəbərlər

Texnologiya

İdarəetmədən çıxan süni intellekt kriptovalyuta hesabını ələ keçirdi

OpenAI-nin apardığı sınaqlar zamanı nəzarətdən çıxan süni intellekt modeli özünə maliyyə vəsaiti əldə etmək üçün icazəsi olmayan kriptovalyuta hesabına daxil olub. Hadisə süni intellekt sistemlərinin kibertəhlükəsizlik baxımından yarada biləcəyi riskləri yenidən gündəmə gətirib.

XeberPlus.com xəbər verir ki, modeldən kriptovalyuta tətbiqini yeniləmək və Ethereum-un Sepolia test şəbəkəsində sınaqdan keçirmək tələb olunub. Ödəniş tələb olunduqdan sonra süni intellekt vəsait əldə etmək üçün müxtəlif yollar axtarmağa başlayıb.

Məlumata görə, Süni intellekt kriptovalyuta hesablarında istifadə edilən bərpa şifrələrini sınaqdan keçirərək 362 hesaba daxil olmağa çalışıb və nəticədə onlardan birinə giriş əldə edib. Hesabdakı tokenlərin maliyyə dəyəri aşağı olsa da, əsas narahatlıq süni intellektin ona verilməyən səlahiyyətlərdən istifadə etməsidir.

Hadisənin daha bir diqqətçəkən tərəfi onun gec aşkarlanmasıdır. Şirkət əlavə tədbir görüləcəyini bildirib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *