Sony-nin növbəti nəsil “PlayStation 6”-nın qiyməti ilə bağlı yeni iddia ortaya çıxıb. Texnologiya sahəsində yayılan məlumatları ilə tanınan KeplerL2-nin sözlərinə görə, cihazın operativ və daxili yaddaşının ümumi qiyməti 680 dollara çata bilər.
XeberPlus.com xəbər verir ki, bu məbləğ yalnız yaddaş komponentlərini əhatə edir. Prosessor, qrafik çipi, soyutma sistemi və digər hissələrin xərcləri də əlavə olunduqda istehsal qiyməti xeyli arta bilər.
Yaddaş komponentlərinin bahalaşması “PlayStation 6”-nın satış qiymətinə də təsir göstərə bilər. Bununla belə, sony hələlik rəsmi qiymətini açıqlamayıb və 680 dollarla bağlı məlumat təsdiqlənmiş fakt deyil, sızıntı mənbəyinin iddiasıdır.








