Arzu İbrahimova yazır….
Bəzən adi bir söz, təbəssüm, baxış adamda xoş aura yaradır.Gününün çoxunu xoşbəxt formada keçirir. İçinə dolan xoşbəxtlik hissi sanki illərlə davam edəcəkmiş kimi gəlir. Günü uğurlu bilir, içində sevinc qığılcımları pərvanə kimi süzülür, gözlərindəki parlaqlıq sanki günəşin yaz havasından çıxmış parıltılı şüasına oxşayır. Təbəssüm çöhrəsində sanki çiçək kimi açır. Bəlkə də bir saat əvvəl çətin gələn iş adama asan kimi gəlir. Sevinc pöhrələri sanki sakura çiçəkləri kimi ətrafa yayılır. Xoşbəxtlik bu qədər gözümüzün önündəyəkən, bəlkə də onu dünyanın başqa sahillərində axtarırıq. “Bu gün nə gözəlsiniz” demək bəlkə də motivasiyası düşən adama nə qədər fərəhlik qatır bilmirik.
Doğrudur, insan beyini sözün deyilişinə daha çox önəm verir, məsələn həvəsdən düşmüş tələbəyə” Sən bacaracaqsan” demək onun işinə ilham verə bilər. Əksinə baxsaq onsuz da motivasiyası düşən bir tələbəyə “Sən edə bilməzsən”, “sən bacarıqsızsan” demək onda özünə olan münasibəti dəyişə bilər. Emosionla baxımdan isə mənfiyə yönəlik cümlələr insan beyinində uzun müddət qalır. İstəmədən də olsa qarşı tərəfin demək istəmədiyi sözləri beyinində qurur. Sözlərin təsiri yalnız mənfi ifadələrlə məhdudlaşmır. İnsanların bir-birinə dediyi kiçik, səmimi cümlələr də günün istiqamətini dəyişə bilər. “Səni başa düşürəm”, “Nə yaxşı ki, yanımdasan”, “Sənə güvənirəm” kimi ifadələr insana tək olmadığını hiss etdirə bilər. Bəzən böyük bir problemin həlli üçün uzun danışmağa ehtiyac yoxdur, doğru zamanda deyilən bir neçə söz kifayət edir. Məmnunluq və şükr sevgisinin içində olan hər kəs dünyadakı insanlarında xoşbəxt olduğunu zənn edir. Bir cümlə insanı bir gün boyunca ruhən xoşbəxt etsədə, bəzən isə məhv edir. Həvəsi sanki darmadağın olur, hissləri ölür, gözləri qəm dəryasına qərq olur. Bu baxımdan cümlə qurarkən qarşımızdakı şəxsin əhval-ruhiyyəsinini nəzərə almalıyıq.




