XeberPlus

Ən son xəbərlər

Month: October 2026

Ölkə

Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar

“Dövlət büdcəsindən dövlət investisiya proqramları çərçivəsində dövlət müəssisələrinə ayrılan vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlərə görə vergitutma məqsədləri üçün amortizasiya hesablanmasına yol verilən investisiya layihələrinə dair meyarlar” təsdiq olunub. XeberPlus.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov…

Sosial

Bəzi ərazilərdə qaz olmayacaq

Oktyabrın 27-də Şəkinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. XeberPlus.com xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək Şəki şəhərinin, iki qəsəbənin…

Siyasət

İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinosu qəbul edib. XeberPlus.com xəbər verir ki, Migel Anxel Moratinos Azərbaycanda növbəti Mədəniyyətlərarası Dialoq Forumunun təşkili münasibətilə…

İqtisadiyyat

ADY-nin şöbə rəisi vəzifəsindən ayrılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) şöbə rəisi vəzifəsindən ayrılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb. Əmrə əsasən, İqrar Cəbiyev öz istəyi ilə ADY-nin Xərclərin uçotu və analizi şöbəsinin rəisi vəzifəsindən azad olunub. …

Hadisə

Bərdədə qəribə dava: Əvvəl dişlədi, sonra xəsarət yetirdi

Bərdə rayonunda həmkəndlisini bıçaqlayaraq ağır xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 2000-ci il təvəllüdlü, Bərdə rayonunun Nifçi kənd sakini Sənan Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib. Məhkəmə materiallarına əsasən, hadisə 2026-cı ildə saat 22 radələrində Nifçi kəndindəki…

Sosial

Azərbaycanda 8 saatlıq iş günü dəyişə bilər

Son illərdə dünyanın bir sıra ölkələrində iş saatlarının azaldılması və daha çevik iş rejimlərinə keçidlə bağlı müzakirələr genişlənir. Bu yanaşmanın əsas məqsədi işçilərin istirahət imkanlarını artırmaqla yanaşı, əmək məhsuldarlığını yüksəltmək və işlə şəxsi həyat arasında balans yaratmaqdır. Bəs Azərbaycanda iş…

Siyasət

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. XeberPlus.com xəbər verir ki, Prezident İlham Əliyev İsmayıl Ould Şeyx Əhmədin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçildikdən sonra Azərbaycana səfər etməsinin…

Siyasət

Prezident Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. XeberPlus.com xəbər verir ki, qonaq qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq…

Sağlamlıq

Alimlər xərçəng hüceyrələrinin məhv etməsinə nail olub

ABŞ alimləri xərçənglə mübarizədə yeni üsul hazırlayıblar. XeberPlus.com xəbər verir ki, Stenford Universitetinin tədqiqatçıları xərçəng hüceyrələrinin daxilindəki təbii özünüməhvetmə mexanizmini aktivləşdirən xüsusi molekul hazırlayıblar. Yeni üsulun ən maraqlı tərəfi xərçəngin inkişafına kömək edən zülalın onun özünə qarşı istifadə edilməsidir. Alimlər…

Texnologiya

9 min manatdan baha satılan iPhone-da ciddi problem – Ekranı çatlayır

“Apple”ın yeni qatlanan telefonu “iPhone Duo” satışa çıxmasından cəmi bir neçə gün sonra ciddi problemlə gündəmə gəlib. Bəzi istifadəçilər cihazın açılıb-bağlanması zamanı ekranın çatladığını bildirirlər. XeberPlus.com xəbər verir ki, şikayətlər əsasən telefonun qatlanan hissəsində yaranan çatlarla bağlıdır. İstifadəçilərin paylaşdığı görüntülərdə…

Texnologiya

İnternetsiz işləyən mesajlaşma tətbiqi rekord qırdı

İnternet bağlantısı və telefon nömrəsi tələb etməyən “Bitchat” mesajlaşma tətbiqi Fransada böyük marağa səbəb olub. Ölkədə keçirilən etiraz aksiyalarından sonra tətbiqin yüklənmə sayında ciddi artım qeydə alınıb. XeberPlus.com xəbər verir ki, “Bitchat” ən çox yüklənən sosial şəbəkə tətbiqi olub. Proqram…