XeberPlus

Ən son xəbərlər

Dünya

Gözəl görünmək üçün üzlərinə çəkiclə vururlar – Rusiyada təhlükəli trend

Rusiyada gənclər arasında yayılan yeni gözəllik trendi ciddi risk yaradıb.

XeberPlus.com xəbər verir ki, “bonesmashing” adlanan bu təhlükəli üsul xüsusilə 15-26 yaşlı gənclər arasında yayılır.

Daha qabarıq almacıq sümüklərinə və kəskin üz cizgilərinə sahib olmaq istəyən bəzi gənclər üzlərinə çəkic və digər sərt əşyalarla zərbələr endirirlər.

Bu üsula əl atanlar üz sümüklərində yaranan kiçik sınıqların sağaldıqdan sonra daha qabarıq görünüş yaradacağına inanırlar. Lakin həkimlər bu düşüncənin heç bir elmi əsası olmadığını bildirirlər.

Rusiya mediasının məlumatına görə, təhlükəli trend nəticəsində 100-dən çox şəxsin xəsarət aldığı iddia olunur. Bəzi gənclərdə qanaxma və üzün müəyyən hissələrində hissiyyat itkisi qeydə alındığı bildirilir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, üzə endirilən zərbələr sümük sınıqlarına, sinir zədələnməsinə, görmə problemlərinə və qalıcı üz deformasiyalarına səbəb ola bilər.

Həkimlər gözəllik naminə edilən bu hərəkətin heç bir faydası olmadığını, əksinə, bəzi hallarda cərrahi müdaxilə tələb edən ağır fəsadlarla nəticələnə biləcəyini vurğulayırlar.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *