İnternet bağlantısı və telefon nömrəsi tələb etməyən “Bitchat” mesajlaşma tətbiqi Fransada böyük marağa səbəb olub. Ölkədə keçirilən etiraz aksiyalarından sonra tətbiqin yüklənmə sayında ciddi artım qeydə alınıb.
XeberPlus.com xəbər verir ki, “Bitchat” ən çox yüklənən sosial şəbəkə tətbiqi olub. Proqram bütün pulsuz tətbiqlər arasında isə ilk onluğa daxil olub.
Tətbiqə marağın artması ölkədəki etiraz aksiyaları, sosial şəbəkələrə girişin məhdudlaşdırılması ilə bağlı müzakirələr və mobil rabitə şəbəkəsində yaşanan fasilələrlə əlaqələndirilir.
“Bitchat”ın əsas üstünlüyü internet və mobil şəbəkə olmadan mesaj göndərmək imkanı yaratmasıdır. Tətbiq “Bluetooth” texnologiyası vasitəsilə əlaqə qurur.








