“Avtovağzal” stansiyasında sərnişin vəfat edib
Metronun “Avtovağzal” stansiyasında kişi vəfat edib. XeberPlus.com Trend-ə istinadla xəbər verir ki, hadisə günorta saatlarında baş verib. Belə ki, stansiyanın platformasında ahıl yaşlı bir sərnişinin qəfil halı pisləşib. Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb….














