Yeni layihəsi bəlli oldu
“Mehmed Fetihler Sultanı” serialında daha bir aktyor rol alacaq. XeberPlus.com Axşam.az-a istinadla xəbər verir ki, Caner Topçu ekran işində “II. Bayezid”ə həyat verəcək. Qeyd edək ki, Caner sonuncu dəfə “Aynadaki Yabancı”-a çəkilib.
“Oskar”a namizəd olan rejissor öldü
Məşhur amerikalı rejissor və aktyor Mark Raydell 97 yaşında vəfat edib. XeberPlus.com Axşam.az-a istinadla xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb. Kinorejissor Vudlend-Hillzdə kino və televiziya işçiləri üçün nəzərdə tutulan qocalar evində təbii səbəblərdən dünyasını dəyişib. Qeyd edək…
Sürücülük vəsiqəsi əlindən alındı
“Başkalarının Hayatı” serialında rol almağa hazırlaşan Eylül Lize Kandemirin sürücülük vəsiqəsi əlindən alınıb. XeberPlus.com Axşam.az-a istinadla xəbər verir ki, aktrana Sarıyerdə polis əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı saxlanılıb. Onun 1,10 promil alkoqollu olduğu müəyyənləşib. Bundan sonra Kandemirin sürücülük vəsiqəsi əlindən alınıb.
XİN İndoneziyada baş verən zəlzələ ilə bağlı başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziyada baş verən və insan tələfatı və xəsarətlərlə nəticələnən güclü zəlzələ ilə bağlı başsağlığı verib. XeberPlus.com 525.az-a istinadla xəbər verir ki, XİN-in bununla bağlı paylaşımında İndoneziyada həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, xəsarət…
Ronaldo karyerasını başa vuracaq
41 yaşlı portuqaliyalı futbolçu Kriştiano Ronaldo hazırkı mövsümün peşəkar karyerasında sonuncu ola biləcəyini və futbolda böyük irs qoymaq istədiyini bildirib. Modern.az xəbər verir ki, bunu beşqat “Qızıl top” sahibi və futbol tarixinin ən məhsuldar bombardiri Kriştiano Ronaldo “Vogue” jurnalına müsahibəsində…
Abdullah Zubir “Qarabağ”dan ayrılıb
Abdullah Zubir “Qarabağ”dan ayrılıb. “Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 2018-ci ilin yayında “Qarabağ”a keçən fransalı yarımmüdafiəçinin istəyi və onun klubda illərlə göstərdiyi xidmətlər nəzərə alınaraq müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Zubir “Qarabağ”da ümumilikdə 368…
Aytac Şərifova və Sevinc Cəfərzadə Türkiyə klubu ilə müqavilə müddətini uzadıblar
Azərbaycan millisinin futbolçuları Aytac Şərifova və Sevinc Cəfərzadə Türkiyənin “Yüksəkovaspor” klubu ilə müqavilə müddətini uzadıblar. “Report” xəbər verir ki, bu barədə Türkiyə təmsilçisi məlumat yayıb. Hər iki oyunçu 2026/2027 mövsümündə də Superliqa təmsilçisinin formasını geyinəcək.
“Sabah” – “Hapoel” oyununun biletləri satışa çıxarılıb
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva, İsrail) matçının biletləri satışa çıxarılıb. Bu barədə “Report”a klubdan bildirilib. Biletləri onlayn şəkildə “Iticket.az” saytından, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür. Qeyd…
Şirvan kanalında kişi meyiti tapılıb
Şirvan kanalından kişi meyiti tapılıb. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, meyit İsmayıllı rayonunun Qubaxəlili kəndi ərazisindən keçən hissəsində aşkarlanıb. Araşdırmalar zamanı suda batan şəxsin Göyçay şəhər sakini, 77 yaşlı Tahir Quluyev olduğu müəyyənləşib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib – FOTO
Avqustun 16-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hərbi orkestrlərin müşayiəti ilə Döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik…
Ukraynanın sabiq prezidenti Bakıya gəldi
Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Bakıya gəlib. Hit.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “X” sosial şəbəkə hesabında paylaşım edib. “Ukraynanın üçüncü prezidenti Viktor Yuşenkonu Bakıda qarşılamaqdan şərəf duyuram!” – deyə o, paylaşımında bildirib. Qeyd edək…
Beyləqanda bir nəfər kanalda batdı
Qarabağ kanalında bir nəfər batıb. Bu barədə XeberPlus.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar…














































