XeberPlus

Ən son xəbərlər

Dünya

Nepalda iki helikopter havada toqquşdu – Ölən və yaralananlar var – VİDEO

Nepalda Everest dağı yaxınlığında iki helikopterin havada toqquşması nəticəsində bir nəfər həyatını itirib, üç nəfər yaralanıb. Qəza helikopterlərin eyni vaxtda eniş etməyə çalışdığı zaman baş verib.

XeberPlus.com xəbər verir ki, hadisə noyabrın 3-də yerli vaxtla saat 08:11 radələrində Everest bölgəsində yerləşən Feriçe helikopter meydançasında qeydə alınıb.

Məlumata görə, “Fishtail Air” və “Air Dynasty” şirkətlərinə məxsus helikopterlər eniş zamanı bir-birinə çırpılıb. İlkin məlumatlara əsasən, helikopterlərin pərləri toqquşub.

Qəza nəticəsində “Fishtail Air” helikopterində olan 47 yaşlı Hindistan vətəndaşı Vasanth Kumar Balaramaramadu həyatını itirib. Eyni helikopterdə olan 49 yaşlı Yeni Zelandiya vətəndaşı Şayleş Krişna Patel isə yaralanıb.

Yaralı sərnişin paytaxt Katmanduya aparılaraq xəstəxanaya yerləşdirilib. Helikopterlərin pilotları Rabindra Pracapati və Pracval KC də yüngül xəsarətlər alıblar.

“Fishtail Air” şirkətinin açıqlamasına görə, helikopter Everest bölgəsindən təxliyə edilmiş sərnişinləri daşıyırmış. “Air Dynasty” isə helikopterində yalnız yük olduğunu bildirib.

Hadisə ilə bağlı polis araşdırmaya başlayıb. Qəzanın dəqiq səbəbi hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, iki helikopterin toqquşma anı kameraya düşüb. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *