Noyabrın 4-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis tərəfindən təmin olunub.
XeberPlus.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 130, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.








