XeberPlus

Ən son xəbərlər

Ölkə

Xəstəxana əməkdaşı 125 min manat mənimsəməkdə ittiham olunur

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı külli miqdarda mənimsəmədə ittiham edilir.

XeberPlus.com APA-ya istinadla xəbər verir ki, Kürdəmir Rayon Mərkəzi Xəstəxanası Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin hesabatlıq üzrə mütəxəssisi Vüqar Hüseynova Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313-cü maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, təqsirləndirilən Vüqar Hüseynov işlədiyi dövr ərzində 125 min manatdan çox vəsaiti mənimsəyib.

Onun istintaq dövründə ziyanın 45 min manatını ödədiyi bildirilir.

İstintaq dövründə onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkmiş şəxs qismində TƏBİB tanınıb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *