XeberPlus

Ən son xəbərlər

Hadisə

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

XeberPlus.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömək etmək üçün xurma yığarkən ölüb. O, əlində olan dəmir nərdivanın elektrik naqili ilə toqquşması zamanı cərəyan vurması nəticəsində aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *