XeberPlus

Ən son xəbərlər

Maraqlı

NASA Marsdan yeni görüntülər paylaşdı: Qırmızı planet Yerə bənzədi

NASA-nın Marsda fəaliyyət göstərən Curiosity kəşfiyyat aparatı 5000 Mars gününü tamamlaması münasibətilə yeni panoramik görüntülər yayımlayıb. Paylaşılan fotolar Mars səthinin bəzi hissələrinin Yer mənzərələrini xatırlatması ilə diqqət çəkib.

Curiosity tərəfindən müxtəlif vaxtlarda çəkilən iki panorama birləşdirilərək xüsusi görüntü hazırlanıb. NASA bildirib ki, fotolar 2026-cı ilin avqust və sentyabr aylarında qeydə alınıb və daha sonra rəngləndirilib.

Yeni görüntülərdə Mars səthi, Curiosity aparatının izləri və uzaqda yerləşən dağlıq ərazilər aydın görünür. Aparat hazırda Marsın Qeyl kraterində, təxminən 5 kilometr hündürlüyündəki Sharp dağının ətəklərində fəaliyyət göstərir.

NASA-nın paylaşdığı bu kadrlar Curiosity-nin uzunmüddətli Mars missiyasının mühüm mərhələlərindən birini əks etdirir və alimlərə planetin səthi haqqında yeni məlumatlar toplamağa imkan verir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *