Bu gün – 14 sentyabr tarix boyu yadda qalan mühüm hadisələri ilə diqqət çəkir.
XeberPlus.com xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.
14 sentyabr tarix boyu müxtəlif hadisələrə, mühüm dönüşlərə və tanınmış simaların həyatındakı əlamətdar günlərə şahidlik edib. Bu tarixdə dünyaya gələn və dünyasını dəyişən şəxslərlə yanaşı, yadda qalan bir sıra hadisələr də baş verib.
14 sentyabrda baş verənlər:
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Müəssislər Məclisinə seçkilərin təşkili üzrə komissiya yaradılıb, 1989-cu ildə Naxçıvan Dövlət Kukla Teatrı fəaliyyətə başlayıb, 2012-ci ildə Bakıda “Bakcell Arena” stadionunun açılışı olub.
14 sentyabrda doğulanlar:
1911 – ci ildə şair, dramaturq və ədəbiyyatşünas Müzəffər Nəsirli, 1939 – cu ildə yazıçı-dramaturq Aslan Qəhrəmanlı və əməkdar artist, vokal ifaçısı İsmayıl Ələkbərov, 1941 – ci ildə əməkdar incəsənət xadimi, kinorejissor Teymur Bəkirzadə, 1949 – cu ildə əməkdar artist Sona Mirzəyeva doğulub.
Həmçinin, 1965 –ci ildə Rusiyanın keçmiş prezidenti və baş naziri Dmitri Medvedev, 1973 – cü ildə məşhur amerikalı repçi və musiqiçi Nas, 1989 – cu ildə NBA ulduzu, peşəkar basketbolçu Cimmi Batler, 1989 – cu ildə Cənubi Koreyalı aktyor və model Li Con Sok dünyaya gəlib.
14 sentyabrda vəfat edənlər:
1992 – ci ildə Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri Hüseyn Arif, 2017 – ci ildı Əməkdar incəsənət xadimi, ustad saz ifaçısı və aşıq Ədalət Nəsibov , 2021 –ci ildə Əməkdar artist, tanınmış müğənni və bəstəkar Yaqub Zurufçu dünyasını dəyişib.
Həmçinin, 1836-cı ildə ABŞ-ın vitse-prezidenti Aaron Burr, 1852-ci ildə Britaniyanın məşhur sərkərdəsi Vellinqton hersoqu, 1901-ci ildə ABŞ prezidenti Uilyam Mak-Kinli, 1927-ci ildə amerikalı rəqqasə Aysedora Dunkan, 1982-ci ildə məşhur amerikalı aktrisa və Monako şahzadəsi Qreys Kelli, 2009-cu ildə amerikalı aktyor Patrik Sueyzi və 2022-ci ildə yunan aktrisa İrini Papas vəfat edib.







