XeberPlus

Ən son xəbərlər

Sağlamlıq

Gündə bir yumurta yesək nə olar?

Yumurta orqanizm üçün olduqca faydalı qidadır. Bu qidanın qəbulu insan orqaniziminin qida dəyərini yüksəldərək müsbət təsir edir. Tərkibində olan zülallar yumurtanın qida rasionunda yer tutmasına səsəb olur.

Bəs gündə bir yumurta yemək orqanizimə necə təsir edir?

XeberPlus.com xəbər verir ki, zülal əzələlərin, toxumaların və hüceyrələrin qurulması və bərpasında mühüm rol oynayır. Yumurta özündə A,D,E,B2,B5,B7,B9,B12 kimi vitaminləri birləşdirir.

Yumurta beyinin fəaliyyətinə lazım olan xolinlə zəngindir. Bu maddə xüsusəndə sinir sisteminə olduqca xeyirlidir. Yumurtanın sarısında lutein və zeaksantin kimi karotenoidlər var. Bu maddələr gözlərdə toplanır və görmə funksiyasının qorunmasında rol oynayır. Onların antioksidant xüsusiyyətləri də mövcuddur.

Yumurtadakı zülal bütün əsas amin turşularını birləşdirir. Bu xüsusiyyət onu əzələ kütləsinin qorunması və bərpası baxımından dəyərli qidalardan birinə çevirir.

Qeyd edək ki, yumurtanın ağı və sarısı fərqli xüsusiyyətə malikdir. Belə ki, yumurtanın sarısı yağlarla, xolin, D vitamini, selenium və lutein zəngindir. Ağı isə əsasən zülallardan ibarətdir.

Yəni gündə bir yumurtanın qəbulu orqanizmə zülal, vitamin və mineralların alınmasın da kömək olur, toxluq yaradır və balanslı qidalanmanı dəstəkləyir.

Yumurta dietada istifadə edilən qidadır. Lakin onun daimi qəbulu arıqlamağa şərait yaratmır. Çəki itkisi ümumi qidalanma, qəbul edilən enerji miqdarı və fiziki aktivlikdən asılıdır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *