XeberPlus

Ən son xəbərlər

Sağlamlıq

Nar yeməyin faydaları

Payız gələndə süfrələrdə ən çox diqqət çəkən meyvələrdən biri də nar olur. Qırmızı dənələri ilə həm görünüşü, həm də özünəməxsus dadı ilə seçilən narın tərkibi də kifayət qədər zəngindir. Bu meyvə lif, kalium, C və K vitamini, folat və polifenol adlı antioksidant birləşmələrlə zəngindir.

XeberPlus.com bildirir ki, narın əsas üstünlüklərindən biri antioksidant tərkibidir. Nar dənələrində və şirəsində olan polifenollar orqanizmdə oksidləşdirici streslə mübarizədə rol oynayır. Elmi araşdırmalarda narın ürək-damar sağlamlığı, qan təzyiqi və iltihabi proseslərlə əlaqəsi də araşdırılıb.

Narın dənələrini bütöv yemək həzm sistemi üçün də faydalıdır., çünki dənələrdəki qida lifləri bağırsaqların normal fəaliyyətinə kömək edir və uzun müddət toxluq hissinin yaranmasına dəstək olur..

Meyvənin tərkibindəki kalium isə ürək və əzələlərin normal fəaliyyəti üçün vacib minerallardan biridir. C vitamini immun sisteminin normal fəaliyyətini dəstəkləyir, K vitamini isə qanın laxtalanması və sümük sağlamlığında mühüm rol oynayır.

Mütəxəssislər isə meyvəni şirə formasında içməkdənsə, mümkün olduqda narın özünü dənələri ilə birlikdə yeməyi məsləhət görürlər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *