Uşağın özünəinamı və müstəqilliyi ilk növbədə ailədə formalaşır.
Valideynin övladını qorumaq istəyi təbii olsa da, onun hər addımına müdaxilə etmək, əvəzinə qərar vermək və hər çətinlikdə köməyə qaçmaq zamanla uşağın öz bacarıqlarına olan inamını azalda bilər. Uşaq səhv etməkdən qorxduqca qərar verməkdə çətinlik çəkir və daim valideyninin təsdiqinə ehtiyac duyur.
Mövzu ilı bağlı psixoloq Aytən Ələkbərova XeberPlus.com-a müsahibə verib:
– Aytən xanım, valideynin uşağın yerinə qərar verməsi onun müstəqillik və özünəinamına necə təsir edir?
-Ümumiyyətlə, valideynin uşağın yerinə qərar verilməsi, psixologiyada “helikopter” valideynlik adlanır. Hətta valideyn uşağın bütün işlərinə qarışır, yıxılarkən belə ayağa qalmasına icazə vermir. Bir göz qırpımında sanki uşağı qaldırır və büdrəməsini həddindən çox böyüdür. Bu kimi məqamlar uşağın özünə inamına, müstəqil olmasına mənfi təsir göstərir. Uşaq daxilən düşünür:”Mən bacarmaram”, “Məndən alınmaz”, “Mən onsuz da bunu edə bilməyəcəm” və s. Ayağa qalxa bilmir. Burada istər məcazi yıxılmaqdan, istərsə də həqiqi yıxılmaqdan söhbət gedir.
–Uşağın özünəinamının aşağı olduğunu hansı əlamətlərlə müəyyən etmək olar?
-Valideynin uşağına göstərdiyi münasibət onun qorxularına, qərarvermə prosessinə birbaşa təsir edir. Bu zaman uşaq özünü digər yaşıdları ilə müqayisə etməyə başlayır. Daim gözü valideynlərinin üzərində olur ki, təsdiq etsinlər, “Sən düz dedin”, “Sən düz etdin”, “Belə yaxşıdır” desinlər və s. Bunun fəsadları əsasən özünü abituriyent dövründə göstərir. Bu durumun qarşısına almaq üçün yaxşı olar ki, valideynlər övladları ilə münasibət qurduğu zaman psixoloqa müraciət etsinlər.”Necə valideyn olacağam”, “Uşağımla necə davranacağam” -ı müəyyən etsinlər.
–sizcə, uşaqlarda özünəinamı inkişaf etdirmək üçün hansı addımlar daha faydalıdır?
-Valideyn hər şeydən öncə uşağını sosial mühütə hazırlamağı bacarmalıdır. Onlar üçün kiçik uğurlar yaratmaq lazımdır. Bu nailiyyət ailədən başlayır. Məsələn, Ana-Ata uşağına kiçik tapşırıqlar verilməlidir ki, bacarıqlarını üzə çıxara bilsin, fiklərini soruşmalıdır və s. Səhv etmək bacaqsız olmaq demək deyil, öyrənməyin gözəl yoludur, mərhələli yanaşaraq uşaq bu mühitin ötəsindən gələ bilər.







