XeberPlus

Ən son xəbərlər

Maraqlı

Göy üzündə nadir şölən: Günəş tutulması, meteor yağışı və 6 planet bir arada

12 avqust 2026-cı il səma həvəskarları üçün unudulmaz gün olacaq. Eyni gündə tam Günəş tutulması, Perseid meteor yağışının zirvəsi və 6 planetin (Saturn, Neptun, Uran, Mars, Merkuri və Yupiter) səmanın eyni hissəsində görünməsi baş verəcək.

Tam Günəş tutulması Qrenlandiya, İslandiya, İspaniya və Portuqaliyanın bəzi bölgələrindən izləniləcək. Türkiyə və Azərbaycandan isə tutulma görünməyəcək.

Gecə saatlarında isə Perseid meteor yağışı səmanı işıqlandıracaq. İşıq çirklənməsindən uzaq ərazilərdə saatda onlarla “axan ulduz” görmək mümkün olacaq.

Mütəxəssislər bildirirlər ki, 6 planetin hamısını çılpaq gözlə görmək mümkün olmasa da, bu nadir astronomik hadisə ilin ən maraqlı səma hadisələrindən biri olacaq.

Mənbə: milliyet.com

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *