İngiltərənin Yorkşir bölgəsində yerləşən Yorkshire Wildlife Parkında faciə baş verib.
XeberPlus.com xəbər verir ki, pələngin olduğu əraziyə daxil olan adam hücuma məruz qalaraq vəfat edib.
Zoopark rəhbərliyinin yayımladığı məlumata görə, Altai adlı pələng təhlükəsiz əraziyə aparılıb. Pələngin evtanaziya edilərək öldürülməyəcəyi qeyd edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, ziyarətçinin pələnglə foto çəkdirmək məqsədilə heyvanın olduğu əraziyə daxil olduğu iddia edilir.








