XeberPlus

Ən son xəbərlər

Hadisə

Əhmədlidə köşkdə peçin üstünə yıxılan gözətçi yanaraq öldü

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı təfərrüatlar məlum olub.

XeberPlus.com APA-a istinadla xəbər verir ki,, köşkün gözətçisi olan A. Əliyev ürək tutması nəticəsində yanan peçin üzərinə yıxılıb. Köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

***

10.22


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən ərzaq satışı köşkündə yanğın baş verməsi barədə məlumat daxil olub.

XeberPlus.com bildirir ki, FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 20 kv.m. olan ərzaq satışı köşkündə yataq dəsti qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Əliyev Ağayar Xanhüseyn oğlunun meyiti aşkar olunub.

Köşk yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *