XeberPlus

Ən son xəbərlər

Hadisə

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşüb.

XeberPlus.com oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq su arxına düşməsi nəticəsində 1966-cı il təvəllüdlü sürücü A.Carçıyev xəsarət alıb.

O, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *