XeberPlus

Ən son xəbərlər

Hadisə

Xəzər dənizində balıq tutan iranlılar həbs olundu

Xəzər dənizində balıq tutan İran vətəndaşları həbs olunub.

XeberPlus.com Modern.az-a istinadla xəbər verir ki, bu il iyulun 24-də üç İran vətəndaşı balıq tutarkən Xəzər dənizində Qazaxıstanın dövlət sərhədini qanunsuz şəkildə keçib.

Məlumata görə, həmin şəxslər Milli Təhlükəsizlik Komitəsinin (MTK) Sərhəd Xidmətinin hərbçiləri tərəfindən saxlanılıb.

Onların barəsində dövlət sərhədinin buraxılış məntəqəsindən kənarda bir qrup şəxs tərəfindən qanunsuz keçilməsi ilə bağlı cinayət işi başlanıb.

Qarakiya rayon məhkəməsi üç İran vətəndaşını təqsirli bilib. Hər birinə bir il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib və azadlığa çıxandan sonra Qazaxıstandan deportasiya olunmaları qərara alınıb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *