XeberPlus

Ən son xəbərlər

Araşdırma

Yaponiyaya səyahət edənlərin görməli olduğu 5 məkan

Yaponiya qədim ənənələrlə müasir həyat tərzinin bir arada yaşadığı ölkələrdən biridir. Nəhəng şəhərlərdən sakit məbədlərə, möhtəşəm təbiətdən əsrlər yaşı olan tarixi məkanlara qədər ölkədə hər zövqə uyğun fərqli ünvan tapmaq mümkündür. Yaponiyaya səfər etməyi planlaşdıranların siyahısında bu 5 məkan mütləq yer almalıdır.

XeberPlus.com həmin yerləri təqdim edir:

Tokio -Yaponiyanın paytaxtı Tokio ölkənin müasir simasını görmək istəyənlər üçün ilk dayanacaqlardan biridir. Şibuya, Asakusa və Tokio Skytree kimi məkanları ilə şəhər həm texnologiya və dinamizmi, həm də ənənəvi yapon mədəniyyətini bir arada təqdim edir.Tokio həmçinin suşi, ramen, anime və manqa mədəniyyəti, eləcə də yaz aylarında açan sakura ağacları ilə tanınır.

Kyoto – Yaponiyanın tarixi və mədəni irsini yaxından tanımaq istəyənlər üçün Kyoto xüsusi əhəmiyyət daşıyır. Qədim məbədlər, ənənəvi yapon evləri, sakit bağlar və məşhur Fushimi Inari məbədi şəhərə fərqli ab-hava bəxş edir. Kyoto həmçinin ənənəvi yapon çay mərasimləri və geyşaları ilə diqqət çəkir.

Fudzi dağı – Ölkənin ən tanınan təbiət simvollarından biri olan Fudzi dağı Yaponiyaya gedən turistlərin diqqət çəkən dayanacaqlarındandır. Dağın ətrafındakı göllər və müşahidə məntəqələri xüsusilə mənzərəsi ilə seçilir. Konus formasına və qarla örtülü mənzərəsinə görə turistlərin böyük marağına səbəb olur.

Osaka – Daha canlı və dinamik atmosfer axtaranlar üçün Osaka maraqlı seçimdir. Şəhər Dotonbori küçələri, Osaka qalası və zəngin küçə mətbəxi ilə tanınır.Osaka həm də Yaponiyanın əsas ticarət və biznes mərkəzlərindən biridir. Şəhərin ən məşhur yeməkləri arasında takoyaki – xəmir və ahtapotla hazırlanan toplar, okonomiyaki – müxtəlif ərzaqlarla hazırlanan yapon sayağı duzlu pankek və kushikatsu – şişdə qızardılmış ət və tərəvəzlər yer alır.

Nara – Yaponiyanın qədim tarixini və təbiətini bir arada görmək istəyənlər Naranı ziyarət edə bilərlər. Şəhərin ən məşhur xüsusiyyətlərindən biri Nara Parkında sərbəst gəzən marallardır. Buradakı Tödai-ji məbədi də turistlərin əsas gəzdikləri yerlər sırasındadır. Nara həmçinin Yaponiyanın qədim mədəniyyətini və ənənələrini qoruyub saxlayan şəhərlərdən biri hesab olunur.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *