XeberPlus

Ən son xəbərlər

Araşdırma

ABŞ-da seçkilərin nəticələri Elon Maskın şirkətlərinə zərbə vurdu

ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının qələbəsi milyarder Elon Maskın şirkətlərinin səhmlərinə mənfi təsir göstərib. Seçki nəticələrinin açıqlanmasından sonra “Tesla” və “SpaceX” şirkətlərinin səhmlərində 5 faizə yaxın ucuzlaşma qeydə alınıb.

XeberPlus.com “Bloomberg”ə istinadən xəbər verir ki, Demokratların ABŞ Konqresinin hər iki palatasında üstünlük qazanması investorlar arasında narahatlıq yaradıb.

Respublikaçılar Partiyasının əsas maliyyə dəstəkçilərindən biri olan Elon Mask üçün seçkilərin nəticələri yeni iqtisadi çətinliklər yarada bilər. İnvestorlar Demokratların hakimiyyətinin güclənməsi ilə onun şirkətlərinə qarşı nəzarətin sərtləşəcəyindən ehtiyat edirlər.

Xüsusilə süni intellekt sahəsində yeni məhdudiyyətlərin tətbiqi, dövlət nəzarətinin artırılması və iri texnologiya şirkətlərinin fəaliyyətinin daha ciddi yoxlanılması ehtimalı bazarlarda narahatlığa səbəb olub.

Bundan əlavə, “Tesla” və “SpaceX” şirkətlərinin mümkün birləşməsi ilə bağlı planların da çətinliklərlə üzləşə biləcəyi bildirilir.

“First New York” şirkətinin nümayəndəsi Vikram Rayın sözlərinə görə, ABŞ Konqresi mümkün birləşmə qərarını təkbaşına ləğv edə bilməsə də, Demokratların nəzarət imkanlarının artması bu prosesi ləngidə bilər.

Siyasi şərhçilər, hesab edirlər ki, siyasi vəziyyətin dəyişməsi Elon Maskın biznes fəaliyyətinə əlavə risklər yaradır. Xüsusilə elektrikli avtomobillər, kosmik texnologiyalar və süni intellekt sahələrində yeni tənzimləmələrin şirkətlərin gələcək planlarına təsir göstərə biləcəyi gözlənilir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *