XeberPlus

Ən son xəbərlər

Maraqlı

Uğuru rəqəmlərdə görənlər

Son vaxtlar uğuru rəqəmlərdə görənlər az deyil. Onlar uğurlu hesab etdikləri rəqəmləri maşın nömrələridə, saat və digər yerlərdə görərək inam gətirirlər. Hesab edirlər ki, bu rəqəm onlara uğur gətirəcək.

Bəs insanları rəqəmlərə güvənməyə vadar edən nədir?

Psixoloqların fikirincə, insanların rəqəmlərə münasibəti çox vaxt onların şəxsi təcrübələri və inancları ilə formalaşır. Məsələn, müəyyən bir rəqəmlə bağlı uğurlu hadisə yaşayan insan həmin rəqəmi sonrakı həyatında da “uğurlu” hesab edə bilər. Zaman keçdikcə bu inam daha da möhkəmlənir.

Bəzi cəmiyyətlərdə bir rəqəm uğurlu qəbul edilir və buda nəsillər üzrə davam edir.
Maraqlıdır ki, bəzi insanlar mühüm qərarlar verərkən belə rəqəmlərə diqqət yetirirlər. Yeni ev seçərkən, biznesə başlayarkən və ya müəyyən tarix təyin edərkən “uğurlu” hesab etdikləri rəqəmləri seçməyə üstünlük verirlər. Bu yanaşma insana özünü daha inamlı hiss etdirməklə qərar vermə prosesinə də təsir göstərə bilər.

Bəziləri 13 rəqəmini uğursuz kimi tanısada, bəzilər üçün uğurlu doğum günü tarixidir. Hətta uöurlu rəqəm kimi tanınan 777 boyunbağısına olan inam isə gündəngünə artmağa davam edir. Əslində isə rəqəmlərə inanmaq özgüvəni artırdığı üçün bu hissi uğur kimi qəbul edirlər. Bəzən isə astreoloji yozumlarda uğurlu rəqəm anlayışı olduqca geniş istifadə edilir.

Rəqəmlərə inanan insanlar bəzən saatda 11:11, 22:22 kimi eyni rəqəmlərin təkrarlandığını gördükdə bunu təsadüfi hadisə deyil, müəyyən mesaj kimi qəbul edirlər. Lakin bu inancların elmi əsasları yoxdur

Buna baxmayaraq, numerologiya bu gün də insanların maraq göstərdiyi mövzulardan biridir. Xüsusilə doğum tarixi, ad və müəyyən rəqəmlər üzərindən xarakter və həyat haqqında nəticələr çıxarmaq sosial mediada da geniş yayılıb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *