Bu gün – 16 sentyabr tarix boyu yadda qalan mühüm hadisələri ilə diqqət çəkir.
XeberPlus.com xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.
16 sentyabrda baş verənlər:
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə Osmanlı hökuməti arasında ilk ticarət sazişi imzalanıb.
1918-ci ildə– Bakının azad edilməsindən bir gün sonra şəhərdə Qafqaz İslam Ordusunun hərbi paradı keçirilib. Paradın ardından Qafqaz İslam Ordusunun komandanlığı və Azərbaycan hökumətinin üzvləri Bakıya daxil olublar.
16 sentyabrda doğulanlar:
1790 –cı ildə səyyah və coğrafiyaşünas Hacı Zeynalabdin Şirvani, 1909 –cu ildə akademik, kimyaçı alim və ilk Azərbaycan kino aktrisalarından İzzət Orucova, 1934 –cü ildə pianoçu və professor Elmira Səfərova, 1940 – cı ildəXalq artisti, televiziya və kino rejissoru Vasif Babayev doğulub.
Həmçinin, 1956 – cı ildə dünyanın ən məşhur illüzionisti David Copperfield, 1968 – cı ildə məşhur amerikalı müğənni və aktyor Marc Anthony, 1992-ci ildə yapon-avstraliyalı müğənni və musiqi prodüseri Joji, 1993 – cü ildə məşhur amerikalı musiqi prodüseri və bəstəkar Metro Boomin dünyaya gəlib.
16 sentyabrda vəfat edənlər:
2000-ci ildə Əməkdar incəsənət xadimi, rejissor Nazim Abbasov, 2002 – ci ildə tanınmış aktyor olub, “Ulduz” və “Böyük dayaq” kimi filminin aktyoru Bahadur Əliyev, 2021 – ci ildə Əməkdar mədəniyyət işçisi, dirijor və Naxçıvanda ilk estrada orkestrinin qurucusu Nizami Məmmədov dünyasını dəyişib.
Həmçinin, İngiltərə, Şotlandiya və İrlandiya kralı olan James II, 1736-cı ildə temperatur ölçmə sistemləri ilə tanınan alman-polşalı fizik Daniel Gabriel Fahrenheit vəfat edib.







