XeberPlus

Ən son xəbərlər

Maraqlı

NASA astronavtları kosmosdan səs verdilər

ABŞ-da keçirilən aralıq seçkilərdə Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərən NASA astronavtları da iştirak ediblər. Astronavtlar Yerə qayıtmadan elektron sistem vasitəsilə səslərini veriblər.

XeberPlus.com xəbər verir ki, NASA astronavtları Anil Menon, Cessika Uotkins və Luk Delaney kosmosdan elektron səsvermə bülletenlərini seçki dairələrinə göndəriblər.

Astronavt Anil Menon paylaşdığı videoda Beynəlxalq Kosmik Stansiyadakı yatmaq üçün ayrılmış bölmənin eyni zamanda səsvermə kabinəsi kimi istifadə olunduğunu bildirib.

Onun sözlərinə görə, astronavtlar kompüter vasitəsilə səs verərək bülletenlərini ABŞ-ın Texas ştatındakı Harris dairəsinə göndəriblər.

Qeyd edək ki, Harris dairəsində NASA-nın Conson Kosmik Mərkəzi və uçuşların idarə olunması mərkəzi yerləşir. NASA astronavtlarının kosmosdan səs verməsi yeni hadisə deyil. ABŞ astronavtları 1997-ci ildən etibarən orbitdə olduqları müddətdə seçkilərdə iştirak etmək imkanına malikdirlər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *