XeberPlus

Ən son xəbərlər

Texnologiya

“iPhone 18e”nin texniki xüsusiyyətləri üzə çıxdı

“Apple” şirkətinin daha münasib qiymətə təqdim etməyi planlaşdırdığı “iPhone 18e” modeli haqqında yeni məlumatlar yayılıb. 2027-ci ilin ilk rübündə təqdim ediləcəyi gözlənilən smartfonun texniki xüsusiyyətləri diqqət çəkib.

XeberPlus.com xəbər verir ki, sızdırılan məlumatlara əsasən, yeni model 6,12 düymlük OLED ekranla təchiz ediləcək. Lakin cihazın ekran yenilənmə tezliyinin əvvəlki modeldə olduğu kimi 60 hers səviyyəsində qalacağı bildirilir.

Smartfonun əsas yeniliklərindən biri iki nanometrlik texnologiya əsasında hazırlanan “Apple A20” prosessoru olacaq. Bu çipin daha yüksək performans və enerji səmərəliliyi təmin edəcəyi gözlənilir.

Məlumata görə, “iPhone 18e” 9 giqabayt operativ yaddaşa sahib olacaq. Bu yeniliyin eyni vaxtda bir neçə tətbiqin işləməsinə və süni intellekt funksiyalarının daha sürətli yerinə yetirilməsinə kömək edəcəyi bildirilir.

Kamera imkanlarına gəldikdə isə cihazın arxa hissəsində 48 meqapiksellik əsas kamera, ön hissəsində isə 24 meqapiksellik kamera yerləşdiriləcəyi iddia olunur. Xüsusilə ön kameranın təkmilləşdirilməsi videozənglərin və portret çəkilişlərinin keyfiyyətini artıra bilər.

Yeni modelin “iPhone 18” və “iPhone Air 2” ilə birlikdə 2027-ci ilin əvvəlində təqdim olunacağı gözlənilir. Smartfonun satış qiyməti barədə isə hələlik dəqiq məlumat yoxdur.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *