Samsung Galaxy S26 Ultra istifadəçiləri One UI 9 yeniləməsindən sonra ciddi proqram təminatı problemi ilə üzləşiblər. Bəzi telefonların ilkin quraşdırma mərhələsində donduğu və istifadəçilərin prosesi davam etdirə bilmədiyi bildirilir.
XeberPlus.com xəbər verir ki, Samsung şirkəti problemi qəbul edərək istifadəçilərə müvəqqəti həll yolları təqdim edib.
Məlumata görə, nasazlıq müəyyən mobil operator şəbəkələrində Samsung hesabına qoşulma zamanı yaranır. Problemin neçə cihazı əhatə etdiyi hələlik məlum deyil.
Samsung nasazlığı növbəti proqram yeniləməsi ilə aradan qaldırmağı planlaşdırır. Problem tam həll olunana qədər istifadəçilərə telefonlarını zavod parametrlərinə qaytarmamaq tövsiyə edilir.








