XeberPlus

Ən son xəbərlər

İdman

“Sabah”ın oyunu üçün Bakı Olimpiya Stadionuna ödənişsiz avtobuslar ayrılacaq

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə “Sabah” futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyi ilə ödənişsiz avtobuslar təşkil olunacaq.

XeberPlus.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, avtobuslar saat 17:00-dan etibarən aşağıdakı istiqamətlər üzrə hərəkət edəcək:

“Gənclik” Nəqliyyat Mübadilə Mərkəzi – Bakı Olimpiya Stadionu;

“Qara Qarayev” metro stansiyası – Bakı Olimpiya Stadionu.

Eyni zamanda, oyun bitdikdən sonra Aviasiya Akademiyası istiqamətində də avtobuslar fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Sabah” – “Borussiya Dortmund” matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *