Avropanın smartfon bazarında 2026-cı ilin ikinci rübündə diqqətçəkən dəyişiklik baş verib. Apple telefon satışlarında uzun müddət lider olan Samsungu geridə qoyaraq ilk sıraya yüksəlib.
XeberPlus.com xəbər verir ki, Counterpoint Research şirkətinin məlumatlarına görə, Avropada ümumi smartfon satışları azalıb.
Araşdırmaya əsasən, Apple-ın operator satışlarındakı payı bir il ərzində 4 faiz artaraq 37 faizə çatıb. Samsungun payı isə 5 faiz azalaraq 34 faizə düşüb. Beləliklə, Apple ilk dəfə bu aspektdən Cənubi Koreya şirkətini geridə qoyub.
Avropada smartfon bazarı ümumilikdə zəifləsə də, bəzi istehsalçılar yüksəliş göstərib. Çin şirkəti “Vivo”-nun satışları bir il ərzində təxminən 90 faiz artıb. “Motorol” şirkəti isə eyni dövrdə 27 faiz artım əldə edib.
Araşdırmaçılar qeyd edirlər ki, bu artım yalnız cihazların qiyməti ilə bağlı deyil. Şirkətlərin qurduğu əməkdaşlıqlar və xüsusi satış kampaniyaları da nəticələrə təsir göstərib.
Apple və Samsung arasındakı rəqabət son illərdə xüsusilə premium smartfon bazarında daha da güclənib.








