XeberPlus

Ən son xəbərlər

Maraqlı

Ofisdə inanılmaz görüntü: Vəhşi arılar 1 metrlik yuva qurdu

İngiltərədə təbiət qoruğunun rəhbəri həftələrlə istifadə etmədiyi ofisinə qayıdanda gözlərinə inanmayıb. Ofisin bir küncündə yaban arılarının təxminən 1 metr böyüklüyündə nəhəng yuva qurduğu məlum olub.

Norfolk Yaban Həyatı Fondunun əməkdaşı Eilish Rothney ofisə daxil olarkən kitab rəfinin ətrafında çoxlu arı görüb. Daha sonra arıların rəfin arxasında, qutuların və sənədlərin arasında böyük bir yuva yaratdığını aşkarlayıb.

Rothney yuvanın görünüşünü “təbiətin yaratdığı möhtəşəm bir əsər” kimi qiymətləndirib. Onun sözlərinə görə, arıların gediş-gəlişini və yuvanın böyüməsini izləmək maraqlı olsa da, təhlükəsizlik səbəbindən işlərini müvəqqəti olaraq evdən davam etdirir.

Mütəxəssislər bildirirlər ki, yaban arıları adətən payızda yuvanı tərk edir. Buna görə də yuvaya müdaxilə edilməyib və arıların təbii şəkildə uzaqlaşması gözlənilir.

Mənbə: haberturk.com

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *