XeberPlus

Ən son xəbərlər

Maraqlı

6 Oktyabrda nələr olub?

Bu gün dünya tarixində yadda qalan mühüm hadisələri ilə diqqət çəkir.

XeberPlus.com bu hadisələri təqdim edir:

6 Oktyabr Azərbaycanda baş verənlər:

1930-cu il Dövlət xadimi və publisist Səməd ağa Ağamalıoğlu vəfat edib.

1975-ci il Bakıda Səməd Vurğunun Ev-Muzeyi açılıb.

1998-ci il Bakıda Azərbaycan Milli Bankının yeni binası istifadəyə verilib.

2020-ci ildə Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib. Həmin gün Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

6 Oktyabr dünyada baş verənlər:

1927 – ci ildə Kino tarixində dönüş nöqtəsi yaşanıb. “The Jazz Singer” filmi nümayişə çıxıb və səsli kinonun geniş yayılmasının başlanğıcı hesab olunur.

1979 -ci ildə Roma Papası II İohann Pavel ABŞ-a səfər edib və Ağ Evə gedən ilk papa olub.

1981 -ci ildə Misir Prezidenti Ənvər Sadat Qahirədə hərbi parad zamanı sui-qəsd nəticəsində öldürülüb.

1990 -cı ildə ABŞ-ın “Discovery” kosmik gəmisi STS-41 missiyası çərçivəsində kosmosa göndərilib və Günəşi araşdırmaq üçün Ulysses kosmik aparatını orbitə çıxarıb.

1995 -cı ildə Günəşə bənzər ulduzun ətrafında dövr edən ilk ekzoplanetlərdən biri – 51 Pegasi b kəşf edilib. Bu, astronomiyada mühüm dönüş nöqtəsi olub.

2010 -cı ildə Instagram fəaliyyətə başlayıb və sonradan dünyanın ən populyar sosial media platformalarından birinə çevrilib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *