XeberPlus

Ən son xəbərlər

Dünya

Karbon qazı rekord həddə çatdı

Alimlər Yer kürəsinin ekoloji vəziyyəti ilə bağlı ciddi xəbərdarlıq edib. Araşdırmaya görə, planetin yaşamaq üçün təhlükəsiz qalmasını təmin edən 9 əsas ekoloji sərhəddən 7-si artıq keçilib.

XeberPlus.com xəbər verir ki, Almaniyanın Potsdam İqlim Təsirləri Araşdırma İnstitutunun hesabatında Yer sistemlərinə insan fəaliyyətinin təsirinin son həddə çatdığı bildirilib.

Ən böyük problemlərdən biri atmosferdə karbon qazının artmasıdır. Hazırda CO₂ səviyyəsi 426 ppm-ə çatıb. Sənaye inqilabından əvvəl isə bu göstərici təxminən 280 ppm olub.

Karbon qazının artması qlobal istiləşməni sürətləndirir, okeanların turşulaşmasına və ekstremal hava hadisələrinin çoxalmasına səbəb olur.

Alimlər bildirirlər ki, sərhədlərin aşılması dərhal fəlakət demək deyil, lakin planetdə risklərin getdikcə artdığını göstərir. Torpaq, su və atmosferdəki dəyişikliklər gələcəkdə insanların həyatına və təbii ekosistemlərə ciddi təsir göstərə bilər.

Bununla yanaşı, ozon təbəqəsinin bərpası müsbət nümunə kimi göstərilir. Alimlər bunu zərərli kimyəvi maddələrin istifadəsinin məhdudlaşdırılması ilə əlaqələndirirlər.

Mütəxəssislər hesab edirlər ki, iqlim böhranının təsirlərini azaltmaq üçün karbon emissiyalarının azaldılması və təbiətin qorunması istiqamətində daha sürətli tədbirlər görülməlidir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *