XeberPlus

Ən son xəbərlər

Sosial

Sabah güclü külək əsəcək

Sentyabrın 29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib.

XeberPlus.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir sıra rayonlarda şərq küləyi əsəcək.

Xəbərdarlığa əsasən, Goranboy, Naftalan, Daşkəsən, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, Neftçala və Salyan rayonlarında küləyin sürətinin saniyədə 13,9-20,7 metr olacağı gözlənilir.

Mütəxəssislər küləkli hava şəraitində ehtiyatlı olmağı, xüsusilə açıq ərazilərdə və yollarda diqqətli davranmağı tövsiyə edirlər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *