XeberPlus

Ən son xəbərlər

Texnologiya

iPhone 18-in yeni xüsusiyyətləri məlum oldu – Qiyməti arta bilər

“Apple” şirkətinin 2027-ci ildə təqdim edəcəyi gözlənilən “iPhone 18” modelinin texniki xüsusiyyətləri və mümkün satış tarixi ilə bağlı yeni məlumatlar yayılıb.

XeberPlus.com xəbər verir ki, “Apple” yeni “iPhone 18”, “iPhone 18e” və “iPhone Air 2” modellərini 2027-ci ilin mart və ya aprel aylarında təqdim etməyi planlaşdırır.

Məlumatlara görə, “iPhone 18” modeli 6,3 düymlük OLED ekranla təchiz olunacaq. Ekranın 1,5K təsvir ölçüsünə və 120 Hz yenilənmə tezliyinə malik olacağı, “Dynamic Island” funksiyasının isə saxlanılacağı bildirilir.

Smartfonun əsas yeniliklərindən birinin “A20” prosessoru olacağıdır. Yeni çipin 2 nanometrlik istehsal texnologiyası ilə hazırlanacağı gözlənilir. Bununla yanaşı, cihazda 48 meqapiksellik iki arxa kameranın və daha böyük batareyanın istifadə olunacağı ehtimal edilir.

Eyni vaxtda təqdim ediləcəyi gözlənilən “iPhone 18e” modelinin 6,12 düymlük OLED ekran, 48 meqapiksellik arxa kamera və “A20” prosessoru ilə təchiz olunacağı iddia edilir. Onun ön kamerasının 24 meqapikselə yüksəldilməsi də gözlənilir.

“iPhone Air 2” modelində isə 6,55 düymlük, 120 Hz yenilənmə tezliyinə malik OLED ekranın, iki 48 meqapiksellik arxa kameranın və “A20 Pro” prosessorunun istifadə olunacağı bildirilir. Cihazın korpusunun qalınlığı 5,2 millimetr ola bilər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *