XeberPlus

Ən son xəbərlər

Texnologiya

BYD “Rolls-Royce”a rəqib olacaq yeni lüks avtomobilini təqdim etməyə hazırlaşır

Çinin avtomobil istehsalçısı “BYD” lüks avtomobil bazarında rəqabəti gücləndirməyə hazırlaşır. Şirkətin “Yangwang” markasına məxsus yeni “Altior” modelinin noyabrın 5-də Dubayda təqdim olunacağı gözlənilir.

XeberPlus.com xəbər verir ki, əvvəllər “HU” kod adı ilə tanınan avtomobilin birbaşa “Rolls-Royce” kimi məşhur lüks markalarla rəqabət aparması planlaşdırılır.

“Yangwang” şirkətinin baş direktoru Hu Xiaoqing bildirib ki, “Altior” adı markanın gələcək inkişaf istiqamətini əks etdirir. Latın dilindən götürülən bu söz “daha yüksək” mənasını verir.

Yeni avtomobilin hələlik yalnız qısa tanıtım videosu yayımlanıb. İlkin məlumatlara görə, model “Rolls-Royce” avtomobillərinə xas olan, arxa tərəfdən açılan xüsusi qapı sistemi ilə təchiz ediləcək.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *