OpenAI ChatGPT üçün yeni nəsil yeniləməsini təqdim edib. GPT-6 ilə birlikdə platformaya əlavə olunan “Intelligent UI” xüsusiyyəti sayəsində süni intellekt artıq yalnız mətn cavabları verməyəcək, istifadəçinin ehtiyacına uyğun interaktiv alətlər də yarada biləcək.
XeberPlus.com xəbər verir ki, yeni sistem cavabların içərisində qrafiklər, cədvəllər və müxtəlif interaktiv elementlər hazırlaya bilir. OpenAI bildirir ki, ChatGPT sualın məzmununa uyğun olaraq sadə mətn cavabı və ya daha vizual təqdimat formasını özü seçəcək.
Yeni imkan sayəsində hətta kiçik oyunlar birbaşa ChatGPT daxilində hazırlana bilər.
OpenAI bildirir ki, məqsəd ChatGPT-ni sadəcə suallara cavab verən çat-bot olmaqdan çıxarıb, istifadəçinin qarşısında konkret tapşırıqları yerinə yetirən interaktiv köməkçiyə çevirməkdir.








