XeberPlus

Ən son xəbərlər

Texnologiya

Tesla Roadster-in yeni xüsusiyyəti təəccübləndirdi – 5 saniyəlik sürətlənmə üçün saatlarla gözləmək lazımdır

“Tesla” şirkətinin yeni “Roadster” avtomobilində təqdim etdiyi qazla işləyən əlavə itələmə sistemi diqqət çəkib. Avtomobilə qısa müddətlik əlavə sürətlənmə imkanı verən bu texnologiyanın yenidən istifadəyə hazırlanması isə saatlarla vaxt tələb edir.

XeberPlus.com xəbər verir ki, yeni “Roadster” yüksək təzyiqli qaz sistemi sayəsində sürətlənmə və qısa müddətli sıçrayış imkanları ilə gündəmə gəlib. Lakin sistemin hazırkı texniki məhdudiyyətləri onun gündəlik istifadəsini çətinləşdirir.

“Tesla”nın mühəndislik üzrə vitse-prezidenti Lars Moravinin sözlərinə görə, sistem təxminən 5 saniyə ərzində əlavə itələmə qüvvəsi yaradır. Bundan sonra qaz çəninin yenidən doldurulması 2–6 saat çəkir.

Avtomobildə təxminən 200 litr həcmində azot çəni istifadə olunur. Qazın təzyiqi 690 bara qədər yüksəldilir. Sistem sıxılmış azotu yüksək təzyiqlə xaricə buraxaraq əlavə hərəkət qüvvəsi yaradır. Bu zaman qazın yandırılması baş vermir.

Şirkət çənin doldurulma müddətini 30 dəqiqədən aşağı endirməyi hədəfləyir. Bununla belə, yeni göstəriciyə nə vaxt nail olunacağı hələ açıqlanmayıb.

Yüksək təzyiq səbəbindən çənin doldurulması üçün xüsusi avadanlığa ehtiyac yarana bilər. Adi kompressorların bu təzyiqi təmin edə bilmədiyi bildirilir. Avtomobil sahiblərinin qaz çənlərini harada və hansı şərtlərlə dolduracağı isə hələ məlum deyil.

Məlumata görə, yeni “Roadster” üç fərqli versiyada təqdim olunur: “Performance”, “Thrust” və “Rocket”. Baza “Performance” versiyasında qaz itələyiciləri nəzərdə tutulmayıb, “Thrust” versiyasında isə onlar yalnız avtomobilin arxa hissəsində yerləşdirilib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *