Bu gün telefonların ayrılmaz hissəsinə çevrilən “selfie” anlayışının tarixi düşündüyümüzdən daha qədimdir. İlk məşhur selfilərdən biri 1839-cu ildə amerikalı fotoqraf Robert Cornelius tərəfindən çəkilib.
Həmin dövrdə foto çəkilişi indiki kimi saniyələr ərzində başa gəlmirdi. Robert Cornelius Filadelfiyada ailəsinə məxsus dükanın arxa bağçasında kameranı quraşdırıb, obyektivin qapağını açaraq kadr qarşısında təxminən 15 dəqiqə hərəkətsiz dayanmaqla bu tarixi portreti əldə edib
Bu fotoşəkil fotoqrafiya tarixində ilk insan portretlərindən və ilk “selfie”lərdən biri hesab olunur. Maraqlısı isə budur ki, həmin vaxt “selfie” sözü hələ mövcud deyildi. Bu termin yalnız internet və smartfonların geniş yayılmasından uzun illər sonra məşhurlaşıb.
Yəni bu gün bir neçə saniyəyə çəkdiyimiz selfinin ilk nümunələrindən biri smartfonlardan təxminən 170 il əvvəl ortaya çıxıb.








