Təbiətin zənginliyi heyvanlar aləminin genişliyi, bitkilərin zənginliyi ilə bitmir. Geniş göllərinin olması da təbiətin bizə bəxş etdiyi sərvətlərdəndir. Göllər əsrlərdir ki, dünyada mövcuddurlar.
XeberPlus.com dünyada ən böyük göllər siyahısını təqdim edir:
1. Xəzər dənizi

Sahəsi təxminən 386 400 km², uzunluğu 1 199 km, eni 435 km, maksimum dərinliyi isə 1 025 metrdir. Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran arasında yerləşir. Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsidir. Adında “dəniz” sözü olsa da, okeanla birbaşa əlaqəsi olmadığı üçün göl hesab edilir.
2. Yuxarı göl (Superior)

Sahəsi 82 100 km², uzunluğu 616 km, eni 257 km, maksimum dərinliyi isə 406 metrdir. ABŞ və Kanada arasında yerləşir. Yuxarı göl sahəsinə görə dünyanın ən böyük şirin su gölüdür.
3. Viktoriya gölü

Sahəsi təxminən 68 800 km², uzunluğu 322 km, eni 250 km, maksimum dərinliyi isə 81 metrdir. Tanzaniya, Uqanda və Keniya ərazilərində yerləşir. Viktoriya gölü Afrikanın ən böyük gölü, dünyanın isə sahəsinə görə ən böyük şirin su göllərindən biridir.
4. Huron gölü

Sahəsi 59 600 km², uzunluğu 332 km, eni təxminən 295 km, maksimum dərinliyi isə 229 metrdir. ABŞ və Kanada arasında yerləşir. Huron gölü Şimali Amerikanın Böyük Göllər sisteminə daxildir.
5. Miçiqan gölü

Sahəsi 57 800 km², uzunluğu təxminən 494 km, eni 190 km, maksimum dərinliyi isə 282 metrdir. ABŞ ərazisində yerləşir. Miçiqan gölü Böyük Göllər arasında tamamilə bir ölkənin ərazisində yerləşən yeganə göldür.
6. Tanqanika gölü

Sahəsi 32 900 km², uzunluğu 676 km, ən geniş hissəsində eni təxminən 72 km, maksimum dərinliyi isə 1 470 metrdir. Tanzaniya, Konqo Demokratik Respublikası, Burundi və Zambiya ərazilərində yerləşir. Tanqanika dünyanın ən dərin göllərindən biri olmaqla yanaşı, ən uzun şirin su gölü hesab edilir.
7. Baykal gölü

Sahəsi 31 700 km², uzunluğu 636 km, ən geniş hissəsində eni təxminən 79 km, maksimum dərinliyi isə 1 642–1 741 metrdir. Rusiyada yerləşir. Baykal dünyanın ən dərin gölüdür. O, həmçinin su həcminə görə dünyanın ən böyük şirin su göllərindən biridir.
8. Böyük Ayı gölü

Sahəsi təxminən 31 000 km², uzunluğu 373 km, eni təxminən 137 km, maksimum dərinliyi isə 446 metrdir. Kanadada yerləşir. Böyük Ayı gölü ölkənin ən böyük göllərindən biridir və Kanadanın şimal-qərbində yerləşir.
9. Malavi gölü

Sahəsi təxminən 29 600 km², uzunluğu 579 km, eni 75 km, maksimum dərinliyi isə 706 metrdir. Malavi, Mozambik və Tanzaniya ərazilərində yerləşir. Malavi gölü zəngin balıq müxtəlifliyi ilə tanınır və Afrikanın mühüm şirin su hövzələrindən biridir.
10. Böyük Kölə gölü
Sahəsi təxminən 28 600 km², uzunluğu 480 km, ən geniş hissəsində eni təxminən 109 km, maksimum dərinliyi isə 614 metrdir. Kanadada yerləşir. Böyük Kölə gölü Şimali Amerikanın ən dərin göllərindən biridir.

Qeyd edək ki, sahəsinə görə dünyanın ən böyük gölü Xəzər dənizi, ən dərin gölü isə Baykal gölü isə Baykaldır.








