Balqabaq payız aylarında yetişən və süfrələrdə yer alan tərəvəzlərdən biridir. Balqabaq faydalı qida olması ilə seçilir. Tərkibində olan zəngin vitaminlər insan orqanizmi üçün olduqca faydalıdır.
XeberPlus.com bildirir ki, balqabağın tərkibində A,B,C və E qrup vitaminlər mövcuddur. Bu vitaminlər immunitetin güclənməsi, görməyə xeyiri və ürək-damar sağlamlığında mühüm rol oynayır. Tərkibində Dəmir, Fosfor, Maqnezum və Kalium kimi minerallar var.
Balqabağda olan C vitamini payız aylarında zəifləyən immunitetin güclənməsində əməmiyyətli rol oynayır. Liflə zəngin olduğu üçün bağırsaqların fəaliyyətini dəstəkləyir.
Su və lif miqdarı yüksək, kalorisi isə nisbətən aşağı olduğundan balanslı qidalanmada istifadə məqsədə uyğundur.
Balqabağın hamilələr üçün də faydası olduqca yüksəkdir. O dölün sinir sistemi inkişafını dəstəkləyir. Həmçinin balqabaq qəbizlik probleminin aradan qaldırılmasında rol oynayır. Arıqlamaq istəyənlər bu qidanı rasionuna əlavə edərlərsə faydalı olar. Tərkibindəki selüloza uzun müddət toxluq hissi yaradaraq yemək ehtiyacını azaldır.







