XeberPlus

Ən son xəbərlər

Texnologiya

WhatsApp-da mesajlara görə ödəniş tətbiq edilir

WhatsApp biznes istifadəçiləri üçün yeni ödəniş sisteminə keçir. Yeni qaydalara əsasən, böyük və orta şirkətlər müəyyən həddi keçdikdən sonra göndərdikləri əlavə mesajlara görə ödəniş etməli olacaqlar.

XeberPlus.com xəbər verir ki, WhatsApp Business Platformasından istifadə edən şirkətlər üçün yeni tarif sistemi tətbiq olunur.

Yeni modelə əsasən, şirkətlərə hər ay 1000 pulsuz mesaj göndərmək imkanı veriləcək. Bu limit keçildikdən sonra isə əlavə göndərilən hər mesaj üçün ödəniş tələb olunacaq.

Məlumata görə, əlavə mesajların hər biri üçün təxminən 0,018 dollar məbləğində ödəniş nəzərdə tutulur.

Yeni sistem ilk olaraq Qazaxıstanda WhatsApp Business Platformasından istifadə edən orta və böyük şirkətlərə şamil ediləcək. Qaydaların 1 oktyabrdan qüvvəyə minəcəyi bildirilir.

WhatsApp qeyd edib ki, bu dəyişiklik şəxsi istifadəçilərə və kiçik sahibkarlara təsir etməyəcək. Adi istifadəçilərin mesajlaşması əvvəlki kimi pulsuz qalacaq.

Meta şirkəti artıq bir sıra ölkələrdə bizneslər üçün mesaj əsaslı ödəniş modelindən istifadə edir. Şirkətlər müştərilərlə marketinq, təsdiq kodları və müştəri xidmətləri məqsədilə əlaqə yaratmaq üçün WhatsApp Business Platformasından istifadə etdikdə müəyyən tariflərlə qarşılaşırlar.

Yeni sistem böyük şirkətlərin kütləvi mesajlaşma fəaliyyətlərini daha fərqli şəkildə idarə etməyə yönəlib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *