XeberPlus

Ən son xəbərlər

Dünya

Husilərdən Səudiyyə dəstəkli qüvvələrə ağır zərbə: “Yüzlərlə əsgər öldürüldü”

Yəməndə İran dəstəkli Husilər Qırmızı dəniz sahilində yeni hərbi əməliyyatlarla bağlı açıqlama verib.

Husilərin silahlı qanadının sözçüsü Yəhya Səri bildirib ki, sentyabrın 3-də başlayan əməliyyatlar nəticəsində Taiz və Hudeydə bölgələrində 5 400 kvadratkilometr ərazidə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin geri çəkildiyini iddia edib.

Səri açıqlamasında əməliyyatlar zamanı qarşı tərəfin hərbi mövqelərinin hədəf alındığını, yüzlərlə əsgərin öldüyünü, yaralandığını və ya əsir götürüldüyünü irəli sürüb. O, həmçinin bəzi hərbi texnikaların və hava vasitələrinin məhv edildiyini iddia edib.

Husilər bildiriblər ki, Qırmızı dəniz və Babülməndəb boğazında ticarət gəmilərinin hərəkəti müəyyən şərtlərlə təhlükəsizdir. Lakin bölgədə davam edən qarşıdurmalar beynəlxalq dəniz nəqliyyatı ilə bağlı narahatlıqları artırır.

Yəməndə uzun illərdir davam edən münaqişə ölkəni siyasi və hərbi böhranın mərkəzinə çevirib. Tərəflərin açıqlamaları isə tez-tez qarşılıqlı iddialarla müşayiət olunur.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *