Banqladeşdə martın ortalarından başlayan qızılca epidemiyası nəticəsində ölən uşaqların sayı 999-a çatıb.
XeberPlus.com xəbər verir ki, Banqladeş Səhiyyə Xidmətləri Baş İdarəsi ölkədə yayılan qızılca epidemiyası ilə bağlı açıqlama verib.
Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə mart ayından genişmiqyaslı peyvənd kampaniyasına başlanılıb və ilk mərhələdə əsas diqqət 6 aylıqdan 5 yaşadək uşaqlara yönəldilib. Daha sonra peyvəndləmə tədbirləri ölkənin bütün bölgələrini əhatə edəcək şəkildə genişləndirilib.







