Hong Kong-da yerləşən məşhur The Center iş qülləsinin avtomobil dayanacağı rekord qiymətə satılıb. 12,5 kv.m park yeri 7,6 milyon Honq Konq dollarına (təxminən 969 min ABŞ dolları) alınıb.
Məlumata görə, bu satış dünyanın ən bahalı park yerlərindən biri kimi qeydə alınıb. The Center binası 2018-ci ildə ən bahalı kommersiya binalarından biri kimi tanınmışdı. Binaya ümumilikdə 5,15 milyard dollardan çox investisiya yatırıldığı bildirilib.
Park yerini alan şəxs eyni binada ofisi olan alıcı olub. Satılan dayanacaq binanın kirayəçiləri tərəfindən istifadə ediləcək. O, çıxışa yaxın yerləşdiyi üçün əlavə rahatlıq yaradır.
Bu satış Hong Kong-da daşınmaz əmlak qiymətlərinin nə qədər yüksək olduğunu bir daha göstərib.
Mənbə:gzt.com







